“Çelsi”nin baş məşqçisi Tomas Tuxel PSJ-nin hücumçusu Neymarı komandasının heyətində görmək istəyir.
Bu barədə “Sky Sport Deutschland” xəbər verib.
Bildirilir ki, Paris klubunun özü də ulduz futbolçu ilə yolları ayırmağa hazırdır. Neymarın transferində iki əsas maneə var - bu, futbolçunun maaşı və cari transfer pəncərəsində klubunu dəyişmək istəməməsidir.
Hələlik braziliyalının transferi ilə bağlı danışıqlar başlamayıb.
Qeyd edək ki, ötən mövsüm PSJ Fransa çempionu olub. Neymar 22 matçda iştirak edib, 13 dəfə fərqlənib və altı məhsuldar ötürmə edib.
“Transfermarkt”ın məlumatına görə, Neymarın bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir. (oxu.az)