"Şamaxı"dan ayrılan Sadio Tounkara Azərbaycanda qalacaq.
Sportarena.az xəbər verir ki, uzun illərdir, ölkəmizdə olan yarımmüdafiəçinin yeni ünvanı Gəncə olacaq. "Kəpəz" onu heyətinə cəlb etməkdə maraqlıdır. Böyük ehtimalla Tounkara yeni mövsümə məhz Gəncə klubunda başlayacaq.
Sadio daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL və "Zirə"nin də formasını geyinib.