"Yuventus" Alvaro Morata ilə yollarını ayırıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qoca sinyora" ispaniyalı forvardla müqavilənin müddətini uzatmayıb.
Son iki mövsümü icarə əsasında "Yuventus"da keçirmiş 29 yaşlı hücumçu "Atletiko"ya qayıdıb. Madrid klubunun baş məşqçisi Dieqo Simeone Morataya ehtiyac duymadığından özünə klub tapmasını bildirib.