"Lex"- "Qarabağ" matçının biletləri satışa çıxarıldı

15:49 30 İyun 2022

Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Lex" matç üçün biletləri satışa çıxarıb.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, bilet satışı 80 zlotdan (təxminən 30 manat) başlayır. Bu gün səhərdən etibarən biletlər açış satışa çıxarılıb. 

"Lex" - "Qarabağ" görüşü iyulun 5-i Bakı vaxtı ilə 22:00-da oynanılacaq.  


Digər xəbərlər

Xəbər xətti