Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunda olub.
Sportarena.az "Qarabağ"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir klubun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex” (Polşa) ilə keçirəcəyi oyunun hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.
Ağdam təmsilçisinin vitse-prezidenti Fevzihan Araz nazirə zaman ayırdığı və klubun işləri ilə tanış olduğu üçün təşəkkür edib.