FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov işgüzar səfər üçün Almaniyaya yollanıb.
Sportarena.az xəbər verir ki, AFFA-nın sabiq icraçı vitse-prezidenti Almaniya Futbol İttifaqının (DFB) Təlim-Məşq Mərkəzinin açılışında olub.
Bura FİFA-nın "Forward" layihəsi ilə maliyyələşdirlib.
Elxan Məmmədov açılışda Almaniya millisinin sabiq kapitanı Filip Lam, DFB prezidenti Bernd Noyendorf və UEFA-nın tədbirlər üzrə departamentinin direktoru ilə görüşüb.