Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin “Aris”lə (Kipr), "Zirə"nin "Makkabi" ilə (Tel-Əviv, İsrail) və "Qəbələ"nin "Fehervar"la (Macarıstan) keçirəcəyi ilk matçlara hakim təyinatları açıqlanıb.
Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"nin Larnakadakı qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcəklər. Görüşün referisi İvan Bebek olacaq. Ona yan xətt hakimləri kimi Qoran Pataki və Luka Payiç köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Dario Bel yerinə yetirəcək.
"Qəbələ"nin Macarıstanda olacaq ilk oyununun referisi isveçli Kaspar Syöberqdir. Ona yan xətt hakimləri qismində Max Robin Vilde və Andreas Svensson köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Qranit Maqedonci icra edəcək.
"Zirə"nin "Makkabi" ilə ev İrlandiyaldan olan hakimlər brqiadası idarə edəcəklər. Referi Rob Hennessi olacaq. Ona yan xətt hakimləri Emmett Dynan və Dermot Broughto köməklik edəcək. Dördüncü hakim isə Oliver Morandır.
Qeyd edək ki, hər üç oyun iyulun 21-də keçiriləcək. "Aris" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:30-da, "Zirə" - "Makkabi" oyunu 20:00-da, "Fehervar" - "Qəbələ" görüşü isə 21:00-da start götürəcək.