Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün növbəti yoxlama oyununa çıxıb.
Xorvatiyanın son çempionu Slovakiyanın yüksək liqa təmsilçisi "Spartak" (Trnava) klubu ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.
Mahir də bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və 88-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.
Qeyd edək ki, bu gün 25 yaşı tamam olan Emreli bundan əvvəl Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə oyunda da (3:0) 1 qol vurmuşdu.