İddiaçılar Turniri: Teymur Rəcəbov çinliyə qalib gəldi

00:41 2 İyul 2022

Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Sportarena.az xəbər verir ki, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb.

12 turdan sonra 6 xal toplayan Teymur Rəcəbov 4-cü sıradadır. Turnir cədvəlinə 8,5 xalla Yan Nepomnyaşi başçılıq edir. 


Digər xəbərlər

Xəbər xətti