İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.
Sportarena.az xəbər verir ki, Mersisayd təmsilçisi Məhəmməd Salahın sözləşməsinin müddətini uzadıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Misirli ulduz 2025-ci ilədək Premyer Liqa klubunun uğurları üçün çalışacaq. O, həftəlik 350 min funt-sterlinq qazanacaq.
Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"a 2017-ci ilin yayında "Roma"dan transfer olunub.