Türkiyəli futbolçu rəsmən İngiltərə klubunda

10:45 2 İyul 2022

Türkiyəli futbolçu Ozan Tufan karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Hall Siti"yə transfer olunub. Məlumatı Çempionşip təmsilçisinin rəsmi saytı yayıb. 

 

Türkiyə millisinin üzvü yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. "Hall Siti"nin bu keçid üçün 3 milyon avro ödədiyi bildirilir.

 

Ozan Tufan son mövsümdə "Fənərbaxça"nın heyətində 9 rəsmi matçda meydana çıxıb. 


Digər xəbərlər

Xəbər xətti