Basketbol üzrə milli komandamız Avropa çempionatının yarımfinalına yüksəlib

11:07 2 İyul 2022

Kiçik ölkələrin Avropa çempionatında çıxış edən basketbol üzrə Azərbaycan millisi yarımfinala vəsiqə qazanıb.

Sportarena.az xəbər verir ki, Aleksandr Trifunoviçin rəhbərlik etdiyi kollektiv San-Marinoya 68:51 hesabı ilə qalib gəlib. Millimizin yarımfinaldakı rəqibi Malta yığması olacaq.

​Xatırladaq ki, Azərbaycan millisi qrupda Maltaya 71:73, Andorraya isə 69:72 uduzmuşdu.


Xəbər xətti