"Qalatasaray" 19 yaşlı müdafiəçini transfer etdi

11:33 2 İyul 2022

"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirir.

İstanbul klubu "Altay"da çıxış edən Kazımcan Karataşı transfer edir. İzmir təmsilçisinin rəsmi saytı 19 yaşlı müdafiəçinin transferi ilə bağlı "Qalatasaray"la razılıq əldə olunduğunu açıqlayıb.

Karataşla 5 illik müqavilə imzalanması gözlənilir.

Kazımcan Karataş Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.

Qeyd edək ki, "Qalatasaray" bir neçə gün əvvəl "Konyaspor"dan Abdülkerim Bardakcını da transfer edib.  


Digər xəbərlər

Xəbər xətti