“Zirə”nin rəqibində ayrılıq

11:59 2 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" (Təl-Əviv, İsrail) Tal Ben Haimlə yollarını ayırıb.

Sportarena.az xəbər verir ki, 32 yaşlı hücumçu ilə müqavilə müddəti uzadılmayıb. İsrail millisinin forvardı "Makkabi"nin heyətində 244 oyuna çıxıb 52 qol vurub, 28 assist edib. 

​"Zirə" "Makkabi" ilə ilk oyununu iyulun 21-də Bakıda keçirəcək. Cavab matçı 28-də İsraildə olacaq. 


Xəbər xətti