“Barselona”dan ayrılan futbolçu PSV-yə keçdi

12:42 2 İyul 2022

Ötən mövsüm icarə əsasında İspaniya “Barselona”sında çıxış edən “Sevilya”nın futbolçusu Luk de Yonqun yeni klubu bəlli olub. 32 yaşlı hücumçu Niderlandın PSV komandasında çıxış edəcək.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Eyndhoven təmsilçisində tibbi müayinədən keçən niderlandlı forvardla yaxın günlərdə müqavilə imzalanacaq.


Xəbər xətti