Cüdo üzrə Azərbaycan yığması turniri birinci yerdə tamamladı

09:28 4 İyul 2022

Cüdo üzrə Azərbaycanın böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub. 

Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirinin son günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev finalda kanadalı Aleksandr Arensibiaya qalib gələrək qızıl medala sahib olub.

İki günün nəticəsinə görə millimiz Açıq Avropa turnirini 3 qızıl, 3 bürünc medalla tamamlayıb.

32 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi birinci yerdə qərarlaşıb.

Xatırladaq ki, turnirin ilk gününündə Nazir Talıbov (60 kq) və Telman Vəliyev (73 kq) qızıl, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq) və Nəriman Mirzəyev (73 kq) bürünc medal qazanıblar.


Digər xəbərlər

Xəbər xətti