“Mançester Siti”nin hücumçusu “Arsenal”la anlaşdı

15:00 4 İyul 2022

“Arsenal” “Mançester Siti”nin hücumçusu Qabriel Jezusla müqavilə bağladığını açıqlayıb. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb.
 
Daha əvvəl bildirilmişdi ki, “topçular” 25 yaşlı futbolçu üçün 45 milyon funt-sterlinq ödəyəcək, müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər olacaq.
 
Jezus 2021/22 il mövsümündə “Mançester Siti”nin heyətində 41 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib. O, 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi. 


Digər xəbərlər

Xəbər xətti