"Zirə" Ahmed Ayzaya ilə yollarını ayırıb.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə klubu nigeriyalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
26 yaşlı futbolçu bu ilin yanvar ayında "Zirə" ilə 1,5 illik müqavilə imzalamışdı.