Çempionlar Liqası I təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan öncə "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı baş tutub.
Sportarena.az niderlandlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
"Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında nələr etdiklərini görmüşük. Rəqib bizə hörmət etməlidir. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəcəyik. Asan olmayacaq".
Qeyd edək ki, "Lex" - "Qarabağ" matçı sabah Bakı vaxtilə saat 22:00-da Poznan stadionunda baş tutacaq.