Teymur Rəcəbov İddiaçılar Turnirini qələbə ilə başa vurdu

00:47 5 İyul 2022

Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində sonuncu görüşünə çıxıb.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Görüş 33-cü gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb.

 

Rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək. 


Digər xəbərlər

Xəbər xətti