Berluskonidən İkardinin arvadına cəlbedici təklif

10:39 5 İyul 2022

Avropa futbolunda transferlər dalğası davam edir.

Bu mövzuda mediada rəsmi xəbərlərlə yanaşı, çox sayda iddialar da dolaşır. Növbəti belə iddia İtaliya A seriyasının debütantı “Monza” və PSJ-nin oyunçusu Mauro İkardi barədə yayılıb.

Deyilənlərə görə, bu il yüksək liqaya vəsiqə qazanan klubun sahibi, italiyalı siyasətçi Silvio Berluskoni argentinalını transfer etmək üçün əlindən gələni edir.

O, hətta futbolçunu “ələ keçirmək” üçün onun həyat yoldaşı Vanda Naraya televiziya şoularının birində aparıcılıq da təklif edib.

İkardinin bu məsələyə münasibəti isə hələlik açıqlanmayıb. (oxu.az)


Digər xəbərlər

Xəbər xətti