Türkiyə Super Liqasında 2021/2022 mövsümünün püşkü atılıb.
Sportarena.az xəbər verir ki, 19 klubun iştirak edəcəyi mövsümə 5,6, 7 və 8 avqust tarixlərində keçiriləcək matçlarla start veriləcək. Çempionata 2023-cü ilin 28 may tarixində yekun vurulacaq.
İlk turun oyun cədvəlini diqqətinizə çatdırırıq:
"Antalyaspor" - "Qalatasaray"
"Karagümrük" - "Alanyaspor"
"Beşiktaş" - "Kayserispor"
"Sivasspor"- "Gaziantep"
"Ankaragücü" - "Konyaspor"
"Başakşehir" - "Kasımpaşa"
"İstanbulspor" - "Trabzonspor"
"Fənərbaxça"- "Ümraniyespor"
"Giresunspor" - "Adana Demirspor"
Qeyd edək ki, ilk turda "Hatayspor" oynamayacaq.