“Mançester Yunayted” portuqaliyalı hücumçu Kriştianu Ronaldonun başqa kluba keçidinə yalnız bir şərtlə maneə yaratmayacağını açıqlayıb.
Şərtə görə, ulduz futbolçunu sıralarına qatmaq istəyən klub hücumçunun “Mançester Yunayted”ə 12 ay ərzində həftəlik 500 min funt sterlinq maaşının ödənişini öz üzərinə götürməlidir.
Qeyd edək ki, İngiltərə mətbuatı iddia edir ki, Kriştianu Ronaldo artıq bu transfer pəncərəsində klubu tərk etmək arzusunu ifadə edib və hətta agentdən onun üçün yeni komanda seçməsini xahiş edib.
Lakin “Mançester Yunayted”in rəhbərliyi futbolçu ilə həmfikir deyil və onu satmağı planlaşdırmır.