Yoxlama oyunu : "Qəbələ" Türkiyə klubuna uduzdu

19:51 5 İyul 2022

2022-2023-cü illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində “Qaziantep”lə görüşüb.

 

Super Liqa təmsilçisi ötən mövsümdə çempionatı 15-ci pillədə başa vurub. Bu qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayıb. 

 

Xatırladaq ki, qonşu ölkədə 2 matça çıxacaq “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

 

Yoxlama oyunu

5 iyul

17:30. “Qəbələ” – “Qaziantep” 1:2


Digər xəbərlər

Xəbər xətti