"Səbail" Bakıdakı toplanış çərçivəsində 2 yoxlama görüşü keçirəcək.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "dənizçilər" "Kəpəz" və "Sabah"la üz-üzə gələcək.
Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv iyulun 10-da "Kəpəz"lə, 14-də isə "Sabah"la qarşılaşacaq.