UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Lex” klubu iki futbolçusu ilə yollarını ayırır. Çexiyalı Yan Sikora və ispaniyalı Daniel Ramires Poznan təmsilçisində qalmaq istəmir.
Sikora artıq ölkəsinin “Viktoriya” klubunda təlim-məşq toplanışına qoşulub.
Ramires isə rəhbərliyə müraciət edərək, klubdan ayrılmaq istədiyini deyib. Buna baxmayaraq, 30 yaşlı yarımmüdafiəçi “Qarabağ”la görüşlərin iştirak ərizəsinə daxil edilib. (Report)