Fanatlar Prosineçkiyə görə yeni baş məşqçini mətbuat konfransından qovdu - VİDEO

16:49 5 İyul 2022

Sloveniyanın "Olimpiya" (Lyublyana) klubunun azarkeşləri etdiyi hərəkətləri ilə gündəmə düşüb.

 

Robert Prosineçkinin istefaya göndərilməsindən narazı olan bir qrup azarkeş yeni baş məşqçi Albert Rieranın mətbuat konfransına basqın ediblər. Maska və papaqlarla üzlərini gizlədən azarkeşlər Presineçkinin vəzifəsinə qayıtmasını tələb ediblər. Baş verənlərdən sonra A.Riera masadan qalxaraq mətbuat konfransını tərk edib. Hadisə zamanı hər hansı fiziki təmas olmayıb.

 

Qeyd edək ki,  millimizin sabiq baş məşqçisi Prosineçki iyulun 3-ü "Olimpiya"da istefaya göndərilib. Sloveniya mətbuat xorvatiyalı mütəxəssisin klub rəhbərliyi ilə yola getmədiyini yazıb. Mətbuat Prosineçkinin qovulmasının bir səbəbini də onun içki aludəçisi olmasına bağlayıb. Xorvat mütəxəssisin təlim-məşq toplanışı zamanı səhərə kimi spirtli içki içdiyi, siqaret çəkdiyi, kart oyunları oynadığı və komandanı vaxtında məşqə çıxarmadığı iddia edilib. 

 

 


Xəbər xətti