PSJ-nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportarena.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, Kristof Qaltyenin təyinatı gerçəkləşib. Müqavilənin detalları barədə isə açıqlama verilməyib.
"Nitsa"nın sabiq çalışdırıcısı bu postda Maurisio Poçettinonu əvəzləyib. 55 yaşlı mütəxəssis “Sent-Etyen”, “Lill” klublarını çalışdırıb.