Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Börnli"dən Vaut Veqorstu transfer edib. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.
30 yaşlı hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirəcək. Super Liqa klubu Niderland millisinin üzvünə 1 il üçün 2.800.000 avro maaş ödəyəcək.
Vaut Verqorst "Börnli"yə yanvar ayında "Volfsburq"dan transfer olunub. O, Premyer Liqa klubunun heyətində meydana çıxdığı 20 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.