"Fənərbaxça" "Qəbələ"nin rəqibinə qalib gəldi

23:01 5 İyul 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Macarıstan təmsilçisi Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşıb. Matç istanbulluların 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyunu 21 iyul tarixində səfərdə keçirəcək. Bu komandalar arasında cavab görüşü isə iyulun 28-də Qəbələdə baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti