"Gələcəkdə əsas heyətdə görə biləcəyimiz gənc və perspektivli oyunçularımız var" - Elmar Baxşıyev

23:15 5 İyul 2022

“Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “Qaziantep”lə matçdan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini klubun rəsmi saytına açıqlayıb:

 

“Ümumilikdə komandanın oyunundan razı qaldım. Əsas məqsəd xətlərarası əlaqəni daha da yaxşılaşdırmaq idi. Meydançanın vəziyyəti yaxşı olmasa da, komanda topla daha çox oynamağa çalışırdı. İnanıram ki, komanda günlər keçdikcə optimal formaya yaxınlaşacaq. Öncə üç futbolçu transfer etmişdik - Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santos. Tanıdığımız bu üç oyunçunun adaptasiyasının tez keçəcəyini düşünürəm. Bu gün transfer etdiyimiz Feras Abu Akala gəlincə, o, istədiyim futbolçudur. Onu uzun müddətdir izləyirdim. Sevinirəm ki, komandamıza qoşulub. Əsas məqsəd nəticə deyil, futbolçuların lazım olan yükləməni qəbul etməsi idi. Gələcəkdə əsas heyətdə görə biləcəyimiz gənc və perspektivli oyunçularımız var. Ruan Renato və İsnik Alimi ilə maraqlanmaqları normaldır. Güvəndiyimiz futbolçulardır. “Qəbələ” təkcə Ruanla İsnikdən qurulmayıb. Heyətimizdə onlar kimi faydalı oyunçular çoxdur”. 


Digər xəbərlər

Xəbər xətti