"Barselona"nın qurucusu Joan Qamperin xatirəsinə həsr olunan "Qamper kuboku"nda Kataloniya təmsilçisinin rəqibi məlum olub.
Sportarena.az xəbər verir ki, "Barsa" "Pumas"la qarşılaşacaq. Meksika klubu ilə matç avqustun 7-də "Kamp Nou"da oynanılacaq.
Bir müddət əvvəl Xavinin rəhbərlik etdiyi kollektivin "Roma" ilə oynayacağı bildirilsə də, sonda italiyalılar bu matçdan imtina etmişdi.