“Fiziki hazırlığımızı yaxşılaşdırmalıyıq. Komandam lazım olan qədər çalışır".
Bu sözləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi"nin (İsrail) baş məşqçisi Vladimir İviç ONE nəşrinə açıqlamasında deyib.
Təl-Əviv təmsilçisinin serbiyalı çalışdırıcısı "Zirə" ilə görüş qədər görüləsi işlərin çox olduğunu bildirib: “Zirə” ilə ilk oyundan bir ay əvvəl hazırlıqlara başlamışıq. İlk görüşə qədər bəzi futbolçuları zədələnməməsi üçün diqqətli olmaq lazımdır. Ölkə xaricindəki hazırlığımızı tamamladıq, İsrailə qayıdırıq. İndi biz çempionatın və Konfranslar Liqasının oyunlarına hazırlaşmağa davam edəcəyik. Avropa arenasında bizi çətin oyunlar gözləyir. Bundan əvvəl isə çox işimiz var”,
Qeyd edək ki, "Zirə" "Makkabi" ilə ilk oyununu iyulun 21-də Bakıda, cavab matçını isə İyulun 28-də Təl-Əvivdə keçirəcək.