Məşhur məşqçi “Əl-İttihad”da

14:26 6 İyul 2022

İngiltərənin “Tottenhem” klubunun sabiq baş məşqçisi Nuno Espirito Santonun yeni iş yeri müəyyənləşib. Portuqaliyadan olan 48 yaşlı mütəxəssis bundan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına rəhbərlik edəcək.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
 
Nuno Santo daha öncə “Valensiya”, “Portu” və “Vulverhempton”a da rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti