Gənclər və idman naziri Fərid Qayıbov bir qrup futbol veteranı ilə görüş keçirib.
Sportarena.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, veteranları salamlayan F.Qayıbov onlarla ölkə futbolunun vəziyyəti barədə müzakirələr aparıb.
Oqtay Abdullayev, Maşallah Əhmədov, Tərlan Əhmədov, Novruz Əzimov, Arif Əsədov, Asim Xudiyev və digərləri ölkə çempionatı, klublar və milli komanda ilə bağlı fikirlərini bildiriblər.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak ediblər.