Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina komandasına qarşı keçirəcəyi oyunun stadionu məlum olub.
Sportarena.az xəbər verir ki, Azərbaycan - Bosniya və Herseqovina matçı sentyabrın 6-da “Dalğa Arena”da keçiriləcək.
Qarşılaşmanın başlama saatı ilə bağlı məlumat veriləcək.