Kristiano Ronaldo "Mançester Yunayted"in yeni mövsüm hazırlıqlarında qatılmır.
Sportarena.az xəbər verir ki, portuqaliyalı ulduz artıq 4-cü gündür ki, "qırmızı şeytanlar"ın məşqində iştirak etmir. Klub 37 yaşlı hücumçunun bu davranışını ailə problemləri ilə əlaqələndirir.
Jurnalist Fabristio Romano isə Kriştiano Ronaldo ilə bağlı fərqli iddia irəli sürüb. Onun bildirdiyinə görə, təcrübəli futbolçu İngiltərə klubundan ayrılmaq istəyir.
Ronaldonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayına kimidr. Portuqaliya millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 3 oyunda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.