"Neftçi"nin rəqibindən qələbə

10:35 8 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" (Limassol) növbəti yoxlama oyununa çıxıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kipr təmsilçisi Yunanıstanın "Aris"(Saloniki) klubu ilə qarşılaşıb. "Neftçi"nin rəqibi 77-ci dəqiqədə Daniel Sikorskinin vurduğu qol sayəsində rəqibini 1:0 məğlub edib.

​“Neftçi”nin Limassol “Aris”i ilə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq. 


Xəbər xətti