PSJ-dən ayrılan Anhel di Mariya karyerasını "Yuventus"da davam etdirəcək.
Sportarena.az İtaliya təmsiçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi klubla müqavilə imzalamaq üçün Turinə gəlib. Klub Tvitter səhifəsində argentinalı oyunçunun Turinə gəlişinin foto və videosunu yayıb.
Transferin bütün şərtləri üzrə razılıq əldə olunub. Bu həftə futbolçu tibbi müayinədən keçəcək və 1 illik müqavilə imzalayacaq. O, illik 6 milyon avro maaş alacaq.