"Lex"in yeni transferi "Qarabağ"a qarşı oynaya biləcək

12:00 8 İyul 2022

Polşa "Lex"i Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi yeni transferi Georgi Tsitaişvili ilə bağlı problemi həll edib.

 

Ukraynanın "Dinamo" (Kiyev) klubundan icarəyə götürülən 22 yaşlı yarımmüdafiəçi Poznan təmsilçisinin formasını geyinə biləcək. Polşa klubu bunun üçün Kiyev təmsilçisinə 100 000 avro icarə haqqı ödəyib.

 

FIFA Ukraynada çıxış edən futbolçuların ölkədəki vəziyyətlə bağlı başqa klublara keçməsin icazə verib. Lakin qaydalara görə, Tsitaişvili avqustun 1-dən tez "Lex"in heyətində meydana çıxa bilməzdi. Futbolçu bu səbəbdən "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri ilk görüşü də buraxmışdı.

 

Qeyd edək ki, "Qarabağ" və "Lex" arasında cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. (Report)


Digər xəbərlər

Xəbər xətti