Böyük Dəbilqə: Azərbaycanın 4 cüdoçusu mübarizəyə başlayır

12:24 8 İyul 2022

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.

İlk yarış günündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq. 60 kq-da Rövşən Əliyev özbəkistanlı Mirzahid Məhəmmədcanovla, Əhməd Yusifov isə italiyalı Anjelo Pantanyo ilə qarşılaşacaq.

66 kq-da çıxış edən Yaşar Nəcəfovun ilk rəqibi özbəkistanlı Rəhimcan Subxonov olacaq. Bu çəkidəki digər cüdoçu İbrahim Əliyev isə bolqarıstanlı Yanislav Gerçevi sınağa çəkəcək.

Qeyd edək ki, iyulun 10-dək davam edəcək yarışda Azərbaycanın 11 cüdoçusu qüvvəsini sınayacaq. 


Digər xəbərlər

Xəbər xətti