"Ayaks"dan 30 milyon avroluq transfer

13:12 8 İyul 2022

Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Amsterdam təmsilçisi "Tottenhem"dən Stiven Berqveyni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

25 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. "Ayaks" bu transfer üçün London təmsilçisinə 30 milyon avro ödəyib.
 

Stiven Berqveyn 2020-ci ilin yanvar ayında PSV-dən "Tottenhem"ə transfer olmuşdu. Niderland millisinin üzvü son mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 34 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti