Mahir Emreli Superkubok oyununu buraxacaq

14:41 8 İyul 2022

Mahir Emrelinin çıxış etdiyi "Dinamo" sabah Xorvatiya Super Kubokunda "Hayduk"la qarşılaşacaq.

Sportarena.az xəbər verir ki, 25 yaşlı hücumçu matçı buraxacaq. Bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç yerli mətbuata açıqlamasında deyib. Zədədən yeni qayıdan azərbaycanlı forvardla yanaşı, Boşko Şutalo, Yosip Şutalo və Marko Bulat da qarşılaşmanın iştirak ərizəsinə salınmayacaq.

Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Hayduk” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 


Xəbər xətti