Məşhur futbolçu karyerasını bitirdi – 30 yaşında

19:09 8 İyul 2022

İngiltərə milli komandasının keçmiş üzvü Cek Uilşer peşəkar karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, son olaraq Danimarka "Orxus"unda çıxış edən məşhur futbolçu 30 yaşında futbolla vidalaşıb. Təcrübəli yarımmüdafiəçi bu barədə özü açıqlama verib.

 

Karyerasının əsas hissəsi "Arsenal"la bağlı olan Cek Uilşer "Bolton", "Bornmut" və "Vest Hem"də də çıxış edib. O, İngiltərə milli komandasının heyətində meydana çıxdığı 34 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti