“Euronews” xəbər kanalı Macarıstanda keçirilən Böyük Dəbilqə turniri haqqında verdiyi süjetdə qalib cüdoçumuz Hidayət Heydərova da yer ayırıb.
Sportarena.az xəbər verir ki, süjetdə bildirilir ki, -73 kq çəki dərəcəsində yarışan Heydərov dünya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyub.
Cüdoçumuz müsahibəsində bildirib ki, o çox inamlı, eyni zamanda karyerasında çox önəmli mərhələ olan final üçün həyəcanlı idi:
“Səhər oyananda özümü gümrah hiss edirdim və finalda olacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəm buna görə də qızıl medal qazanacağıma əmin idim.”