İdman Arbitraj Məhkəməsi (CAS) Nurlan İbrahimovla bağlı qərar tarixini növbəti dəfə dəyişib.
Sportarena.az xəbər verir ki, budəfəki proses avqustun 11-ə uzadılıb. Bu haqda İbrahimovun vəkili Fərid Haqverdiyev sosial şəbəkəsindəki hesabında məlumat verib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı sosial şəbəkədəki paylaşımına görə UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb.