"Neftçi" və "Qəbələ"nin Konfrans Liqasındakı rəqibləri olan "Fehervar"la "Aris" yoxlama görüşündə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, qarşılaşma macarların 2:1 hesablı qələbəsi ilə sona çatıb.
“Fehervar”ın qollarını 16 və 40-cı dəqiqədə Kenan Kodro vurub. Limassol təmsilçisindən isə 25-ci dəqiqədə Spolyariç fərqlənib.
"Qəbələ" "Fehervar"la, "Neftçi" isə "Aris"lə iyulun 21-də səfərdə, 28-də isə evdə qarşılaşacaq.