PSJ 11 futbolçusunu satmaq istəyir

14:00 11 İyul 2022

Fransanın PSJ klubu 11 futbolçusunu satmağa hazırdır.

Siyahıda müdafiəçilər Leven Kürzava, Abdu Diallo, Tilo Kerer, yarımmüdafiəçilər Leandro Paredes, Danilu Pereyra, İdrissa Quye, Ander Errera, Corcinyo Veynaldum, Erik Ebimbe, Yulian Draksler, həmçinin hücumçu Mauro İkardi də yer alıb.

Bunların arasına Neymar və Presnel Kimpembenin adı salınmayıb.

Lakin bu o demək deyil ki, klub onları saxlamaq qərarına gəlib. Hər iki futbolçunun gələcəyi bir sıra amillərdən asılıdır. (Report)


Digər xəbərlər

Xəbər xətti