Afrikada ilin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

14:28 12 İyul 2022

Afrika Futbol Konfederasiyası (CAF) 2021/22 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin  siyahısını açıqlayıb.

Sportarena.az xəbər verir ki, siyahıda Sadio Mane ("Bavariya" və Seneqal), Məhəmməd Salah ("Liverpul" və Misir), Riyad Mahrez ("Mançester Siti" və Əlcəzair), Karl Toko-Ekambi ("Lion" və Kamerun), Vensan Abubakar ("Əl Nəsr" və Kamerun), Sebastyan Aller ("Ayaks" və Fil Dişi Sahili), Nabi Keyta ("Liverpul" və Qvineya), Aşraf Hakimi (PSJ və Mərakeş), Eduard Mendi ("Çelsi" və Seneqal) və Kalidu Kulibali ("Napoli" və Seneqal) yer alıb.

İlin komandası adı uğrunda Burkina Faso, Misir, Kamerun, Mərakeş və Seneqal milliləri mübarizə aparacaq.

Qaliblər konfederasiyanın texniki komitəsinin, jurnalistlərin, milli komandaların baş məşqçilərinin və kapitanlarının səsverməsi ilə müəyyənləşəcək.

Qeyd edək ki, qaliblər iyulun 21-i açıqlanacaq. 


Digər xəbərlər

Xəbər xətti