Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Uotford" klubundan ayrılan Coşua Kinqi transfer edib. Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb.
Açıqlamada norveçli hücumçu ilə razılıq əldə edildiyi qeyd olunub. 30 yaşlı futbolçu İstanbula gedərək "Fənərbaxça" ilə müqavilə imzalayacaq.